
Sergey Koretski Ukraynanın yeni Baş naziri olub.
Senzor.az bildirir ki, Ali Rada (parlament) iyulun 16-da onun namizədliyini dəstəkləyib.
S.Koretskinin Baş nazir təyin olunmasını parlamentin 289 üzvü dəstəkləyib.
Xatlrladaq ki, Ali Rada Nazirlər Kabinetinin yenilənməsi prosesinə bu həftə başlayıb. Belə ki, çərşənbə axşamı, iyulun 14-də parlament Baş nazir Yuliya Sviridenkonu istefaya göndərib. Müvafiq olaraq, onun bütün hökuməti də istefa verib.
Onu da qeyd edək ki, Sergey Koretski 2025-ci ildən bəri “Naftoqaz Ukrayna” şirkətinə rəhbərlik edən ukraynalı menecerdir. Bundan əvvəl o, özəl biznes və enerji şirkətlərinin dövlət idarəçiliyində əhəmiyyətli təcrübə qazanıb.
Video sonradan əlavə olunub