"John Deere" şirkətinin nümayəndə heyəti İlham Əliyevin qəbulunda - VİDEO/FOTO

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da "John Deere" şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.

 

Senzor.az bildirir ki, söhbət zamanı dövlət başçısının Çaba Leyko ilə ötən il Bakıda görüşü məmnunluqla xatırlanıb.

 

Qonaqlar Azərbaycanda gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını deyiblər.

 

"John Deere" şirkətinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Çaba Leyko əməkdaşlığı genişləndirilməkdə maraqlı olduqlarını bildirib.

 

Görüş əsnasında Azərbaycanda kənd təsərrüfatının geniş potensialının olduğu vurğulanıb, bu sahədə müasir texnologiyaların tətbiq edildiyi bildirilib, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərə toxunulub və bu xüsusda qəbul olunmuş yeni Dövlət Proqramının əhəmiyyəti qeyd edilib.

 

Söhbət zamanı Azərbaycanla "John Deere" şirkəti arasında gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, kənd təsərrüfatının bir çox istiqaməti üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

 

Qeyd edək ki, "John Deere" 1837-ci ildə ABŞ-də yaradılıb. Kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı sahəsində qlobal miqyasda aparıcı şirkətlərdən biri olan "John Deere"nin 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.