Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi - VİDEO

İranda keçmiş Ali Lider Seyid Əli Xameneinin dəfn olunduğu Məşhəddəki İmam Rza məqbərəsində yanğın baş verib.


“Tasnim” agentliyi xəbər verir ki, hadisə bu gün ziyarətgah kompleksinin daxilindəki tikinti sahəsində qeydə alınıb.

 

Məlumata görə, alov fəhlələr tərəfindən bitum (qatran) emalı zamanı baş verib. Qısa müddətdə məqbərənin üzərini qara tüstü bürüsə də, əraziyə cəlb olunan yanğınsöndürmə briqadaları alovun qarşısını almağa nail olublar.

 

Yanğınsöndürənlər alovun mərkəzi məqbərəyə və yaxınlıqdakı tarixi Gövhərşad məscidinə keçməsinə imkan verməyiblər. Hadisə nəticəsində xəsarət alan olmayıb və məqbərəyə heç bir ziyan dəyməyib.

 

“Qafqazinfo” xatırladır ki, bu, sözügedən kompleksdə baş verən ilk belə hadisə deyil. Belə ki, 2022-ci ildə elektrik nasazlığı, bu ilin əvvəlində isə təmizlik avadanlığının alışması səbəbindən məqbərədə kiçikmiqyaslı yanğınlar qeydə alınmışdı.

 

Məlumat üçün onu da bildirək ki, ziyarətgah xüsusilə son günlərdə keçmiş Ali Lider Əli Xameneinin orada dəfn edilməsi ilə yenidən dünya mətbuatının diqqət mərkəzinə düşüb.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.