Dünya çempionatının final matçını sloveniyalı Slavko Vinçiç idarə edəcək

Futbol üzrə 2026-cı il dünya çempionatının final oyununu idarə edəcək hakimin adı müəyyənləşib.

 

Senzor.az bildirir ki, İspaniya və Argentina yığmaları arasında keçiriləcək həlledici qarşılaşmanın idarəçiliyi sloveniyalı FIFA referisi Slavko Vinçiçə həvalə olunub.

 

Ona həmyerliləri Tomaj Klançnik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını iordaniyalı Ədham Mahadme yerinə yetirəcək.

 

Dünya çempionatının üçüncü yer uğrunda Fransa və İngiltərə milliləri arasında baş tutacaq görüşün baş hakimi isə venesuelalı Xesus Valensuela olacaq.

 

Qeyd edək ki, Fransa – İngiltərə qarşılaşması iyulun 18-dən 19-na keçən gecə, Bakı vaxtı ilə saat 01:00-da, İspaniya – Argentina finalı isə iyulun 19-da saat 23:00-da başlayacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.