Azərbaycan və Serbiya generalları görüşdülər - FOTO

Bakıda Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlıq sahəsində Yüksəksəviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib.

 

Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi general-mayor Fərid Əliyevin və Serbiyanın Müdafiə Texnologiyaları İdarəsinin rəisi general-mayor Slavko Rakicin rəhbərlik etdikləri nümayəndə heyətləri görüşüb.

 

İclasın növbəti mərhələsində müxtəlif xidmət sahələrini təmsil edən altqruplarda "Rəqəmsal ordu", süni intellekt, kibertəhlükəsizlik, hava hücumundan müdafiə və insansız sistemlər sahələrində, həmçinin birgə təlim və məşqlərin təşkilinə dair müzakirələr aparılıb.

 

Bundan başqa, tərəflər hərbi və hərbi-texniki əlaqələrin cari vəziyyətini təhlil edib, əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.