İlham Əliyev və Zelenski Rusiyanın SOCAR-ın Ukraynadakı neft bazasına ZƏRBƏLƏR ENDİRMƏSİNİ PİSLƏDİLƏR

Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Senzor.az bildirir ki, telefon danışığı əsnasında Ukrayna Prezidenti dövlət başçısını Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb.

 

Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların, xüsusilə ABŞ Prezidentinin şahidliyi ilə iki ölkə arasında imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunmasına və çiçəklənməyə xidmət göstərəcəyini qeyd edib.

 

Telefon danışığı əsnasında Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrə də toxunulub. Bu xüsusda, ötən ay Bakıda iki ölkə arasında hökumətlərarası komissiyanın iclasının keçirilməsi və bu çərçivədə iqtisadi-ticarət əlaqələrinin inkişafına dair səmərəli müzakirələrin aparıldığı vurğulanıb.

 

Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.