Ermənistan Prokurorluğu Robert Köçəryandan
MİLYONLARIN GERİ QAYTARILMASINI TƏLƏB EDİR

Ermənistan Prokurorluğu ölkənin ikinci prezidenti Robert Koçaryan, baş nazirin keçmiş müavini Armen Qevorkyan, keçmiş müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturovdan "1 mart qurbanları"na (2008-ci il prezident seçkisindən sonra) ayrılmış 670 milyon dramın (təxminən 3 milyon manata yaxın) geri alınmasını tələb edir.

 

Bu barədə "Sputnik Ermənistan" xəbər yayıb.

 

Xatırladaq ki, keçmiş prezident Robert Köçəryan, keçmiş müdafiə naziri Seyran Ohanyan, həmçinin Baş Qərargahın keçmiş rəisi Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Qevorkyan konstitusiya quruluşunu devirməyə cəhddə (Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsi) ittiham olunublar. 2021-ci ilin martında Konstitusiya Məhkəməsi bu maddənin əsas qanuna uyğun olmadığını qəbul etdikdən sonra işə xitam verilsə də, proses 2024-cü ilin sentyabrında bərpa edilib.

 

Prokurorlar Köçəryan və Xaçaturova aid edilən hərəkətləri yenidən təsnif edib və ehtiyatsızlıq nəticəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşma ittihamını irəli sürüblər.

 

İttihamlar 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlıdır ki, o zaman prezident seçkisindən sonra Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət səsvermənin nəticələrinə qarşı etiraz aksiyaları təşkil etmişdi. Etirazlar İrəvanda iğtişaşlara çevrilmiş və nəticədə 10 nəfər ölmüşdü.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.