Aİ Ukrayna ilə bağlı bəyanat yaydı – MACARISTAN QOŞULMADI
VİDEO

Avropa İttifaqı (Aİ) liderləri ABŞ Prezidenti Donald Trampın Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq və Ukraynada ədalətli, davamlı sülh və təhlükəsizlik təmin etmək səylərini alqışlayıblar.

 

Senzor.az bildirir ki, bu, Aİ Şurasının yaydığı bəyanatda əksini tapıb.

 

Qeyd olunub ki, belə bir sülh beynəlxalq hüquqa uyğun olmalı, müstəqillik, suverenlik, ərazi bütövlüyü prinsiplərinə hörmət edilməli və sərhədlər zorla dəyişdirilməməlidir: "Ukrayna xalqı öz gələcəyini azad şəkildə müəyyən etməlidir və sülh prosesi Ukraynanın iştirakı olmadan müəyyən edilə bilməz".

 

Qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsi Avropa və beynəlxalq təhlükəsizliyə geniş təsir göstərir: "Aİ ABŞ və digər tərəfdaşlarla birlikdə Ukraynaya siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstəyini davam etdirəcək, Rusiyaya qarşı sanksiyaları saxlayacaq və Ukraynanın Aİ-yə üzvlük yolunu dəstəkləyəcək".

 

Xatırladaq ki, Macarıstan bu bəyanata qoşulmayıb və bu barədə sənəddə də qeyd olunub.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.