İfrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası "Forsa" tərəfindən aparılan son sorğuda hakim Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqı blokunu keçərək Almaniyanın ən populyar partiyası olub.
DW xəbər verir ki, AfD-nin bəyənmə reytinqi 26%, XDİ/XSİ-nin 24%, Sosial-Demokrat Partiyası və Yaşılların hər biri 13%, solçuların isə 11% təşkil edir. Eyni zamanda, qərarsız olanların payı da yüksəkdir - 25%.
Kansler Fridrix Mertsin reytinqi 3% azalaraq yeni antirekord göstərib. Respondentlərin yalnız 29%-i onun fəaliyyətini müsbət qiymətləndirir.