Rusiyanın muxtar dairəsindən 40-a yaxın azərbaycanlı DEPORTASİYA EDİLDİ

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində 40-a yaxın azərbaycanlı deportasiya edilib.

 

Ura.ru bildirir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

 

Qeyd olunub ki, 2025-ci ilin yeddi ayı ərzində miqrasiya qaydalarını pozduqlarına görə məhkəmə icraçıları 228 xarici vətəndaşı Rusiyadan çıxarıblar - 61 tacikistanlı, 75 özbəkistanlı, 23 qırğızıstanlı, 39 azərbaycanlı, həmçinin 16 çinli, dörd qazaxıstanlı, ikisi Ermənistandan, ikisi Belarusdan, ikisi Kubadan, biri Türkmənistandan və biri Kamerundan olan vətəndaşlar ölkələrinə göndərilib.

 

Onların hamısı ölkə ərazisində qanunsuz əsaslarla qalıb. Əcnəbilərin hamısı qalma rejimini pozduqlarına görə cərimələnib, daha sonra məhkəmə onların inzibati qaydada ölkədən çıxarılması barədə qərar qəbul edib.

 

Sərhədə yola salınana qədər həmin şəxslər deportasiya və ya çıxarılma üçün nəzərdə tutulan müvəqqəti saxlama mərkəzlərində saxlanılıb. Məhkəmə icraçıları zəruri sənədləri hazırlayaraq qayda pozanları dövlət sərhədindən keçid məntəqələrinə qədər müşayiət ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.