Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampa mindən çox ukraynalı hərbi əsirin siyahısı olan sənəd təqdim edib.
Tramp bu sənəd barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Rusiya Prezidenti vurğulayıb ki, Ukrayna onları götürməkdən imtina edir.
"Putin əlavə etdi ki, Kiyev onları qəbul etməyə razı olmalıdır", - deyə Ağ Ev rəhbəri vurğulayıb.
Tramp, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskini münaqişədə itkiləri etiraf etməyə çağırıb.
"Prezident Zelenski razılaşmalıdır ki, bu, dəhşətli müharibədir və o bu müharibədə çox şey itirir", - deyə ABŞ Prezidenti bildirib.
O bir daha vurğulayıb ki, sülh sazişinin gələcək taleyi Ukrayna liderindən asılıdır.