HƏMAS darmadağın edilməsə, Qəzzada “sonsuz müharibə” olacaq – NETANYAHU

"Qəzzada HƏMAS hərəkatı darmadağın olunmadan atəşkəsin elan edilməsi Fələstin ərazisində “sonsuz müharibə”yə gətirib çıxaracaq".

 

Senzor.az bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.

 

O qeyd edib ki, bu gün HƏMAS-ın darmadağın edilməməsi şərti ilə müharibənin dayandırılmasını istəyənlər yalnız HƏMAS-ın mövqeyini gücləndirir, girovların azad olunmasını gecikdirir və 7 oktyabr 2023-cü ildə baş vermiş vəhşiliklərin təkrarlanmasına şərait yaradırlar: “Biz yalnız HƏMAS-ın silahsızlaşdırılmasını tələb etmirik, həm də İsrailin uzunmüddətli perspektivdə ərazidə demilitarizasiyanı təmin etməsini, istənilən silahlanma cəhdlərinə və hər hansı terror qrupunun yenidən təşkilinə qarşı daimi tədbirlər görməsini tələb edirik”.

 

Netanyahunun sözlərinə görə, HƏMAS İsraildən bütün Qəzza zolağını (şimal və cənub ərazilərini, Filadelfiya koridorunu və İsrail əhalisini qoruyan təhlükəsizlik zonalarını) tərk etməsini tələb edir. Beləliklə, HƏMAS yenidən qruplaşacaq, silahlanacaq və İsrailə hücum edəcək.

 

Baş nazir vurğulayıb ki, girovların azad olunmasını sürətləndirmək və Qəzzanın İsrail üçün təhlükə yaratmamasını təmin etmək üçün başlanmış iş başa çatdırılmalı, HƏMAS darmadağın edilməlidir. İsrail kabineti artıq müvafiq qərarı qəbul edib və hökumət bu qərarı həyata keçirməkdə qətiyyətlidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.