Makron: Rusiyanın təklifləri
KAPİTULYASİYADIR

"Bu gün təslimiyyəti sülh adı ilə təklif edən yalnız bir dövlət var - Rusiya".

 

Senzor.az bildirir ki, bunu Könüllülər koalisiyasının videokonfransında Fransa Prezidenti Emmanuel Makron deyib.

 

Onun sözlərinə görə, Kiyevin legitim, demokratik yolla seçilmiş lideri olmadan Ukrayna ilə bağlı ərazi müzakirəsindən söhbət gedə bilməz: "İstənilən ərazi məsələsi təhlükəsizlik təminatları ilə əlaqələndirilməlidir. Bura Ukrayna ordusunun maliyyələşdirilməsi də daxildir".

 

Makron bildirib: “Ukrayna ordusunun yoxluğuna, Ukrayna ordusunun ixtisarına əsaslanan istənilən saziş, sözsüz ki, əməl edilməyəcək qeyri-səmimi razılaşma olardı... Ona görə də Ukrayna ordusunun formatı bu təhlükəsizlik zəmanətlərinin birinci sütunudur”.

 

Onun sözlərinə görə, Ukraynaya təminatların ikinci “sütunu” Qərb qoşunlarının Ukraynaya yeridilməsidir.

 

Fransa rəhbəri deyib ki, müttəfiq  qüvvələrin Ukrayna tərəfdə mövcudluğu üçün bir neçə dövlət cəhbə xəttindən kənar ərazilərdə təlim və logistika sahəsində yardım göstərməyə hazırdır: "Biz bu planı ABŞ-a təqdim edəcəyik və soruşacağıq ki, onlar bura hansı dərəcədə qoşulmağa hazırdırlar. Çünki ABŞ təhlükəsizlik təminatları masasına oturub və bu təminatlara tərəfdar olduğunu bəyan edib".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.