İlyas İsmayılovun oğlunun qatili azadlığa çıxıb - FOTO

2018-ci ildə Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov Türkiyədə azadlığa çıxıb.

 

Bu barədə Gününsəsi.info-ya G.Dəmirova yaxın mənbələr danışıblar.

 

Bildirilib ki, Gözəl Dəmirovun azadlığa çıxmasına səbəb olaraq, onun onkoloji xəstəlikdən əziyyət çəkməsi göstərilib.

 

Araşdırma zamanı isə bəlli olub ki, Gözəl Dəmirov azadlığa çıxdıqdan sonra ev həbsindən yayınaraq Türkiyəni tərk edib.

 

O da məlum olub ki, Dəmirovun onkoloji xəstə olmasına dair deyilənlər həqiqətdən uzaqdır. Belə ki, o, Belarusda yaşasa da, davamlı olaraq Azərbaycana gəlib-gedir.

 

G.Dəmirovun hər iki ölkədə biznes fəaliyyətini aktiv şəkildə davam etdirdiyi də deyilir.

 

Qeyd edək ki, Etimad İsmayılov uzun illər ölkənin hüquq-mühafizə orqanlarına – Respublika Prokurorluğuna və Ədliyyə Nazirliyinə rəhbərlik etmiş, iki çağırış Milli Məclisin deputatı olmuş İlyas İsmayılovun oğludur.

 

Onun Türkiyədə qətlə yetirilməsi qonşu ölkədə və Azərbaycanda böyük sensasiyaya səbəb olmuşdu.

 

Gözəl Dəmirova gəlincə, xatırladaq ki, o, polis polkovnikidir və DİN-də yüksək vəzifələrdə çalışıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.