
ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydeni Ukraynaya həddindən artıq çox silah verməkdə ittiham edib.
“Teleqram” bildirir ki, bu barədə o, özünün “Truth Social” şəbəkəsində yazıb.
“Yuxulu Co Bayden vaxtını və ölkəmizin bütün pulunu “ukraynalı F. T. Barnuma” (Volodimir Zelenski) xərclədi (Fineas Barnum XIX əsrin məşhur amerikalı şoumeni idi). Söhbət yüz milyardlarla dollar həcmində pulun boş yerə xərclənməsindən gedir”, - o bildirib.
Tramp qeyd edib ki, Bayden bu qədər çox pul xərcləməsinə baxmayaraq, qarşılığında heç nə almayıb.
ABŞ Prezidenti əlavə edib ki, o, Baydendən sonra ehtiyatları bərpa etməyə nail olub və hazırda Amerikanın qeyri-məhdud silah ehtiyatı var, bununla əbədi müharibələr aparmaq mümkündür.