
İsrail hökuməti xaricdən israillilərin təxliyəsi üçün "Aslanın qanadları" əməliyyatını təsdiqləyib və Ben-Qurion hava limanının martın 5-də təxliyə uçuşlarını qəbul etməyə başlaması planlaşdırılır.
Bu barədə dövlət televiziya və radio şirkəti "Kan" məlumat yayıb.
Agentliyin məlumatına görə, İsrailin "Arkia" aviaşirkəti bir sıra təxliyə uçuşları həyata keçirəcək. “Kan" xəbər verir ki, əvvəlcə uçuşlar yalnız Afina, Banqkok, Dubay, Larnaka, Nyu-York və Romadan Təl-Əvivə yerinə yetiriləcək.