
İranın Naxçıvan aeroportuna dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə tədris dayandırılıb, müəllimlər və şagirdlər təxliyə edilib.
Senzor.az bildirir ki, bu barədə KİV-in sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ərazidəki iki məktəb boşaldılıb: "Qərar pedaqoji heyətin və şagirdlərin təhlükəsizliyi məqsədilə qəbul olunub".
Qeyd olunub ki, Muxtar Respublikanın digər təhsil müəssisələrində tədris normal qaydada davam edir.