İsrail XİN İranın Naxçıvana hücumu barədə:
KARNAVAL BİTDİ, MASKALAR DÜŞDÜ

İranın Azərbaycana hücumu onu sübut edir ki, Tehran vəziyyətə nəzarəti itirib.

 

"Report" xəbər verir ki, bunu İsrail xarici işlər nazirinin müavini Şaren Haskel deyib.

 

"Bu gün səhər Azərbaycanda İranın vəziyyətə nəzarəti tamamilə itirdiyinə dair daha bir sübut əldə etdik. Ayətullah rejimi daha bir qonşu ölkənin mülki hava limanına raketlər və pilotsuz uçuş aparatları atdıqda aydın olur: karnaval bitdi, maskalar düşdü", - o, "X" sosial şəbəkəsində yazıb.

 

Haskel bildirib ki, Tehran daha proksi təşkilatların arxasında gizlənmir, əksinə, xaos yaratmaq üçün birbaşa hücum edir.

 

"Hələ də kənarda qalmağın mümkün olduğunu düşünənlər təhlükəli reallıqla üzləşirlər. Dünya onu dayandırmayana qədər İran dayanmayacaq", - ölkənin xarici işlər nazirinin müavini deyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.