Rəsmi Ankara İranın Naxçıvana dron hücumu barədə: BÖLGƏDƏ MÜHARİBƏNİN YAYILMA RİSKİNİ ARTIRIR

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu ilə bağlı bəyanat yayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, XİN-in bəyanatında Naxçıvana həyata keçirilən pilotsuz uçuş aparatları (PUA) ilə hücum qətiyyətlə pislənilib.

 

"Bölgədə üçüncü ölkələri hədəf alan və müharibənin yayılması riskini artıran bu cür hücumlara dərhal son verilməsinin zəruriliyini bir daha vurğulayırıq. Türkiyə bundan sonra da, həmişəki kimi, Azərbaycanın yanında olmağa davam edəcək", - bəyanatda vurğulanıb.

 

Qeyd edək ki, 5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Hava Limanının binasına zərər dəyib, dörd mülki şəxs xəsarət alıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.