
Ermənistanın Baş naziri Nikol Paşinyan regiondakı vəziyyətlə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
İclasda ölkə Prezidenti Vaaqn Xaçaturyan, parlament sədri Alen Simonyan və digər rəsmi şəxslər iştirak ediblər.
"Regionda təhlükəsizlik vəziyyəti və nəqliyyat kommunikasiyalarının normal fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub", - məlumatda bildirilib.
N.Paşinyan müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, bu, Ermənistan Təhlükəsizlik Şurasının həftə ərzində keçirilən üçüncü iclası olub.