İran Trampa qarşı sui-qəsd hazırlaya bilər – İSRAİL ABŞ-a KƏŞFİYYAT MƏLUMATLARI VERİB

İsrail İranın Ağ Ev rəhbəri Donald Trampa qarşı sui-qəsd hazırlaya biləcəyi ilə bağlı ABŞ administrasiyasına kəşfiyyat məlumatları verib.

 

Bu barədə "The Wall Street Journal" (WSJ) vəziyyətlə tanış olan mənbələrə istinadən yazıb.

 

Nəşrin məlumatına görə, İsrail tərəfi Amerika hakimiyyətinə Tehranın ehtimal edilən planları barədə məlumat təqdim edib. Bununla belə, bu məlumatların nə vaxt və hansı kanallarla ötürüldüyü dəqiqləşdirilmir.

 

Qəzet qeyd edir ki, 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsindən (3 yanvar 2020-ci il) sonra İran nümayəndələri Donald Trampdan qisas almaq niyyətlərini dəfələrlə bəyan ediblər.

 

Nəşrdə həmçinin xatırladılır ki, son bir il ərzində ABŞ-da Amerika liderinə qarşı bir neçə sui-qəsd cəhdinin qarşısı alınıb, lakin WSJ bu hadisələrin İranla əlaqəsinə dair sübut gətirmir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.