Nikol Paşinyan: Yeni Konstitusiyada Qarabağa istinad olmayacaq

Ermənistan parlamentində hökumətin 2026–2031-ci illər üzrə fəaliyyət proqramı müzakirə olunur.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, proqramı parlamentdə Baş nazir Nikol Paşinyan təqdim edir.

 

Baş nazir bildirib ki, yeni Konstitusiya layihəsinin mətni yaxın aylarda dərc olunacaq.

 

Onun sözlərinə görə, yeni əsas qanunda 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın olmaması əsas məsələlərdən biri olacaq.

 

Ermənistan hökumətinin başçısı qeyd edib ki, hakimiyyət “Qarabağ hərəkatını” davam etdirmək deyil, başa çatdırmaq qərarı verib: “Biz bu qərarı qəbul etmişik və xalq da bu qərarı təsdiqləyib. Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad etmək “Qarabağ hərəkatı”nı davam etdirmək, münaqişə məntiqinə qayıtmaq demək olardı. Biz isə bunu edə bilmərik”.

 

Nikol Paşinyan xüsusilə son parlament seçkilərindən sonra bunun mümkün olmadığını deyib. Onun sözlərinə görə, xalq seçkilərdə sülhün lehinə səs verib və sülh gündəliyi artıq bütün ölkənin gündəliyinə çevrilib: “Buna görə də Azərbaycanla əldə edilmiş sülhün qorunması, möhkəmləndirilməsi və institutsionallaşdırılması hökumət üçün prioritet gündəlikdir”.

 

Xatırladaq ki, Ermənistanda Konstitusiya dəyişikliyi yekun sülh sazişinin imzalanması üçün rəsmi Bakının son tələbidir. Söhbət Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılmasından gedir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.