
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, ABŞ-ın Tehrana qarşı iqtisadi əməliyyatına qoşulacaq qonşu ölkələrin maraqları İranın hədəfinə çevriləcək.
Bu barədə Rzayiyə istinadən İranın dövlət televiziyası məlumat yayıb.
“Biz münaqişəni genişləndirməyə çalışmırıq. Lakin İranı əhatə edən ölkələr ABŞ-ın Tehrana qarşı iqtisadi müharibəsinə qoşularsa, onların maraqlarına zərbə vuracağıq”, - deyə Rzayi bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyatın başladığını açıqlayıb.