
Avqustun 24-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir, cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Senzor.az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, havanın temperaturu gecə 22-25°, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 40-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddəlti az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 35-38°, bəzi yerlərdə 40°-dək, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacaq.