
Avqustun 23-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçisi Edqar Gevorqoviç Gevorqyanın üzərində güllə yarası olan meyiti tapılıb.
Senzor.az bildirir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistanın “Makaryan Nyus” saytının məlumatına görə, əsgər öz hərbçi yoldaşı tərəfindən güllələnib.
Şahidərin sözlərinə görə, hərbçilər arasında mübahisə baş verib. Mübahisə zamanı hərbçilərdən biri xidməti silahı ilə yoldaşına atəş açıb.