Daşkənd Azərbaycan Prezidentinin dövlət səfərinə hazırlaşır
VİDEO/FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23-24 avqust tarixlərində Özbəkistana dövlət səfəri gözlənilir.

 

Senzor.az bildirir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

 

Artıq Özbəkistanın paytaxtı Daşkənddə dövlətimizin başçısının səfərinə hazırlıq işləri başlayıb. Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən paytaxt meydanlarında hündürmərtəbəli binalar Azərbaycanın üçrəngli bayrağı ilə işıqlandırılıb.

 

Həmçinin Azərbaycan Prezidentinin səfəri münasibətilə genişmiqyaslı dron şousu təşkil edilib. Göy üzündə yüzlərlə dron vasitəsilə prezidentlərin portretləri və iki ölkənin bayraqları nümayiş etdirilib. 

 

Bu möhtəşəm şou paytaxt sakinlərinin diqqətini cəlb edib və dronların görüntüləri sosial şəbəkələrdə geniş yayılır.

 

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutacaq səfər çərçivəsində İlham Əliyev Ali Dövlətlərarası Şuranın üçüncü iclasına qatılacaq.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.