Qazaxıstanda parlament sekilərində səsvermə başa çatdı:
İLHAM ƏLİYEV KASIM-JOMART TOKAYEVİ TƏBRİK ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ölkənin yeni parlamenti – Qurultaya keçirilən ilk seçkilərin uğurla baş tutması münasibətilə təbrik məktubu ünvanlayıb.

 

Senzor.az bildirir ki, məktubda deyilir:

 

"Hörmətli Kasım-Jomart Kemeleviç,

 

Qazaxıstan Respublikasının yeni parlamenti – Qurultaya keçirilən ilk seçkilərin uğurla baş tutması münasibətilə Sizə və qardaş xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

 

Qazaxıstanın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin başlanğıcının rəmzi olan bu mühüm hadisənin ölkənizin hərtərəfli inkişafına, həyata keçirdiyiniz genişmiqyaslı islahatların davam etdirilməsinə və qarşıda duran vəzifələrin gerçəkləşdirilməsinə xidmət edəcəyinə əminliyimi bildirirəm. Qurultayın işinə müvəffəqiyyətlər arzulayıram.

 

Ortaq köklər, milli-mənəvi dəyərlər və qardaşlıq telləri ilə sıx bağlı olduğumuz Qazaxıstanla əlaqələrimizin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Sizinlə apardığımız fəal və səmərəli siyasi dialoq Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə və yeni məzmun kəsb etməsinə təkan vermişdir.

 

İnanıram ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Qazaxıstan dostluq əlaqələri və strateji tərəfdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və dərinləşməyə davam edəcəkdir.

 

Fürsətdən istifadə edərək, bir daha Sizə təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Qazaxıstan xalqına isə daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

 

Qeyd edək ki, Qazaxıstanda yerli vaxtla saat 20:00-da ölkə ərazisindəki seçki məntəqələri bağlanıb, bundan sonra seçki komissiyaları səslərin hesablanmasına başlayıblar.

 

Bununla yanaşı, Qazaxıstan hüdudlarından kənarda səsvermə davam edir.

 

Xatırladaq ki, seçicilər beş il müddətinə 145 deputat seçməli idilər. Seçici siyahılarına 12,6 milyondan çox vətəndaş daxil edilib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.