Qazaxıstanda növbədənkənar parlament seçkiləri keçirilir - VİDEO

Qazaxıstanda ölkə tarixində ilk dəfə yeni birpalatalı parlamentə - Qurultaya seçkilər keçirilir. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, seçicilər 7 siyasi partiyanın (“Ədalət”, “Aul”, “Baytak”, “Ak Jol”, Ümumrespublika Sosial-Demokrat Partiyası (OSDP), Xalq Partiyası (NPK) və “Respublika”) siyahıları üzrə Qurultayın 145 deputatını seçəcəklər. Deputatların səlahiyyət müddəti 5 ildir.

 

Səsvermə 10 min 423 seçki məntəqəsində, o cümlədən Qazaxıstanın 61 xarici ölkədəki nümayəndəlikləri nəzdində yaradılmış 79 məntəqədə təşkil olunub.

 

Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib ki, seçici siyahılarına 12 milyon 605 min 788 nəfər daxil edilib.

 

Qurultaya seçkiləri 42 xarici dövlətdən və 13 beynəlxalq təşkilatdan 777 beynəlxalq müşahidəçi izləyir. Müşahidəçilər arasında 41 ölkənin parlamentinin 138 deputatı da var.

 

MSK seçici fəallığına dair operativ məlumatları hər iki saatdan bir açıqlayır. Qurultaya seçkilərdə yerli vaxtla saat 12:00-a olan məlumata görə, 4 milyon 670 min 816 seçici səsvermə bülleteni alıb. Bu, seçici siyahılarına daxil edilmiş vətəndaşların 37,05 faizini təşkil edir.

https://www.youtube.com/watch?v=28HJCh4dJrc







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.