Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı AZƏRBAYCAN SƏMASINDAN TƏBRİK ETDİ
VİDEO

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi ölkəmizin hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.

 

AZƏRTAC xəbər verir ki, o, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanın təbrikini çatdırıb.

 

Təbrikdə deyilir: "Zati-aliləri, hörmətli qardaşım, Cənubi Koreyaya səfərim zamanı qardaş Azərbaycanın hava məkanından keçərkən öz adımdan və nümayəndə heyətim adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyinə güclü inamımı bir daha bildirmək istəyirəm. Qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə Zati-alinizi və qardaş Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, Azərbaycana davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram.

 

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti".

(Bax:https://www.youtube.com/watch?v=7nY9VLHcCi8)




Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.