
ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı diplomatik razılaşmanın əldə olunması istiqamətində irəliləyiş var.
“Bloomberg“in tərəflərin yekun anlaşmaya daha da yaxınlaşdığı barədə yaydığı məlumatda belə deyilir.
Məlumata görə, Tehran əvvəlki mövqeyindən fərqli olaraq, nüvə proqramı ilə bağlı bəzi məsələləri də danışıqlar çərçivəsində müzakirə etməyə hazır olduğunu nümayiş etdirib.