Tanınmış azərbaycanlı Ukraynada döyüşlərdə həlak oldu - FOTO

Rusiya ilə müharibədə əslən Azərbaycandan olan Ukrayna vətəndaşı Kərim Qulamov şəhid olub.

 

Senzor.az bildirir ki, məlumatı onun Facebook səhifəsində dostları paylaşıblar.

 

Məlumata görə, 35 yaşlı azərbaycanlı Ukraynanın Donbas bölgəsində Antiterror Əməliyyatının veteranlarından olub, 73-cü xüsusi əməliyyatda yaxından iştirak edib. O, 2018-ci ildə Ukraynanın “M2” telekanlında hərbi hit-paradın aparıcısı olub. Kərim Qulamov Andriy Antonenko (“Riffmaster”) ilə bir yerdə işləyib. Ötən gün o, Antonenko ilə bir yerdə döyüşlərdə həlak olub.

 

Bildirilib ki, K.Qulamov Kiyev vilayətinin Obuxov şəhərində məktəbi bitirib, İrpendə yaşayıb.

 

Dostları onunla bağlı rəylərində belə yazıblar: “Təəssüf, Ukrayna əsl müdafiəçisini itirdi. Sən mübariz, dürüst və örnək idin”.

 

İyulun 26-da K.Qulamovun 35 yaşı tamam olacaqdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.