UEFA Çempionlar Liqası: “Qarabağ” Bakıda İsveçrənin “Sürix” komandasına qalib gəldi

UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu İsveçrənin “Sürix” komandasını qəbul edib.

 

Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində İbrahima Vadji dubl edib, Kadi Borges isə fərqlənib. Rəqib komandanın qollarını Lindrit Kamberi və Mirlind Kryeziu vurublar.

 

Cavab oyunu iyulun 27-də İsveçrədə keçiriləcək. “Sürix”i üstələyəcəyi təqdirdə, “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda “Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.