Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Qərb” qoşunları qrupunun inspeksiyası zamanı Rusiya ilə həmsərhəd ərazilərdə pilotsuz təyyarələrin məhv edilməsinin effektivliyinin artırılması barədə göstəriş verib.
Rusiya Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.
Qeyd edilir ki, nazir komanda məntəqəsində “Qərb” qoşunları qrupunun komandiri, general-leytenant Andrey Sıçevin hazırkı vəziyyət və məsuliyyət zonasında yerinə yetirilən döyüş tapşırıqları barədə məruzəsini dinləyib.
“Dinləmənin yekunlarına əsasən, ordu generalı Sergey Şoyqu Rusiya ilə sərhəd rayonların üzərində düşmənin pilotsuz uçuş aparatlarının məhv edilməsinin səmərəliliyinin daha da artırılması, həmçinin onların ciddi şəkildə məhv edilməsi barədə göstərişlər verib”, - deyə məlumatda vurğulanıb.
Modern.az xatırladır ki, S.Şoyqu bundan əvvəl ordu generalı Sergey Surovikinin rəhbərlik etdiyi Rusiyanın “Cənub” qruplaşmasına, general-polkovnik Aleksandr Lapinin komandanlığındakı “Mərkəz” qruplaşmasına, həmçinin general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi “Şərq” qruplaşmasına baxış keçirib.