Bağdadda Türkiyə səfirliyinə hücum cəhdi - İRAQ ANKARADAKI SƏFİRİNİ MƏSLƏHƏTLƏŞMƏLƏRƏ ÇAĞIRDI
FOTO

İyulun 20-də axşam Bağdadda yüzlərlə insan Türkiyə Ordusunun Duhok vilayətinin Zaho dağ kurortuna hücumu ilə bağlı xəbərlər fonunda Türkiyənin İraqdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

 

Senzor.az “Şafak” nəşrinə istinadən bildirir ki, bəzi nümayişçilərin diplomatik nümayəndəliyin binasına hücum etməyə cəhd etməsi ona gətirib çıxarıb ki, səfirliyin mühafizəsinə əlavə təhlükəsizlik qüvvələri cəlb olunub.

 

Şahidlərin sözlərinə görə, etirazçıların aqressiyasını və basqını dəf etmək üçün səfirlik binasındakı bayraq götürülüb və bundan sonra nümayişçilərə geri çəkilmək əmri verilib.

 

Xatırladaq ki, daha əvvəl Türkiyə təhlükəsizlik qüvvələri Zaho kurortunda 8 nəfərin ölümü ilə nəticələnən hücumun Kürdüstan Fəhlə Partiyası tərəfindən həyata keçirildiyini bildirmişdi.

 

“Türkiyə beynəlxalq hüquq normalarına uyğun olaraq terrorla mübarizə aparır, mülki əhalinin, infrastrukturun, tarixi-mədəni dəyərlərin və təbiətin qorunmasına son dərəcə həssas yanaşır. Günahsız insanları hədəf alan və terror təşkilatı tərəfindən törədilən bu cür hücumlar Türkiyənin terrorla mübarizədə ədalətli və qətiyyətli mövqeyini şübhə altına almaq məqsədi güdür”, - deyə rəsmi Ankaranın açıqlamasında vurğulanmışdı.

 

Bundan başqa, Türkiyə XİN hadisənin araşdırılması üçün bütün imkanlardan istifadə ediləcəyini də açıqlayıb. Rəsmi Ankara cinayəti törədənləri tapmaq üçün İraqı əməkdaşlığa çağırıb. Rəsmi Bağdad məsləhət üçün Türkiyədəki səfiri Hişam Ali Akbar İbrahim Al-Alauyu İraqa çağırıb.

 

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçu PKK/YPG-PYD, İŞİD qruplaşmasına qarşı antiterror əməliyyat keçirir. İraqın bu bölgəsi kürd muxtar bölgəsidir. PKK qruplaşması diqqəti üzərindən yayındırmaq məqsədilə regiondakı mülki şəxslərə hücum edir. Son hücum da bu qəbildəndir. Türkiyə ərazisindən edilən bu hücum zamanı artilleriya atəşi nəticəsində 8 nəfər ölüb, 23 nəfər yaralanıb.

 

Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.