Ukrayna ordusu HIMARS vasitəsilə rusların Krasnıy Luçdakı komanda mərkəzini vurub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.
“Bu gecə HIMARS-ın köməyilə rus ordusunun komanda məntəqəsinin yerləşdiyi mehmanxanaya dəqiq zərbələr endirilib. Raketlər birbaşa mehmanxananın damına düşərək beton örtüyü dağıdıb. Kəşfiyyatın məlumatına görə, ölü və yaralıların sayı 100-dən çoxdur”, - Geraşenko bildirib.