ABŞ Dövlət katibi Entoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Senzor.az “Sputnik Armeniya”ya istinadən bildirir ki, bu barədə N.Paşinyanın saytı məlumat yayıb.
Həmsöhbətlər ikitərəfli gündəlikdəki məsələləri, o cümlədən regionda təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.
Ermənistanla Azərbaycan arasında sülh danışıqları, regional kommunikasiyaların açılması, əsirlərin qaytarılması, itkin düşənlərin taleyi ilə bağlı məsələlər müzakirə mövzusu olub.
Paşinyan sülh gündəminə sadiqliyini bir daha təsdiqləyib və Ermənistan ictimaiyyətinin bu kursu dəstəklədiyini vurğulayıb.
Həmsöhbətlər Ermənistan-Türkiyə münasibətlərindəki prosesləri də müzakirə ediblər. Dövlət katibi Ermənistanın baş naziri ilə Türkiyə Prezidenti arasında iyulun 11-də baş tutan telefon danışığını alqışlayıb və ABŞ-ın iki ölkə arasında münasibətlərin normallaşmasına dəstək verməyə hazır olduğunu bildirib.
Paşinyan və Blinken Ermənistan və ABŞ arasında yüksək səviyyəli təmaslardan məmnun olduqlarını bildiriblər və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Senzor.az