Bu ilin 6 ayında Türkiyə ilə Azərbaycan arasında 160 şirkət yaradılıb

Bu ilin yanvar-iyun aylarında Türkiyə ilə Azərbaycan arasında 160 müştərək şirkət yaradılıb.

 

Bu barədə Türkiyə Palatalar və Birjalar Birliyi məlumat yayıb.

 

Məlumata görə, cari ilin birinci yarısında Türkiyənin digər xarici ölkələrlə yaratdığı müştərək şirkətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə xeyli artıb. Ötən ilin ilk yarısında xarici tərəfdaşlarla 3,2 milyard lirə kapitalla 5 min 978 şirkət yaradılıb. Bu ilin eyni dövründə isə həmin rəqəm 64,4 % artaraq, xarici tərəfdaşlarla 9 828 şirkət yaradılıb. Rəsmi quruluşu tamamlanan 9,8 min tərəfdaş şirkətin ümumi kapitalı 5,4 milyard lirə olub.

 

Bu şirkətlərdən 884-ü səhmdar cəmiyyət, 8 944-ü isə məhdud məsuliyyətli cəmiyyət kimi fəaliyyətə başlayıb, xarici kapitalın nisbəti 80,8 faizə çatıb.

 

Siyahıda ilk üçlükdə İran, Rusiya və Almaniya qərarlaşıb.

 

Şirkətlərin ölkələr üzrə bölgüsünə gəlincə, bunlardan 640-ı İranla, 500-ü Rusiya ilə, 269-u Almaniya, 266-sı Suriya, 186-sı Misirlə qurulub. Siyahıda həmin ölkələri 179 şirkətlə İordaniya, Pakistan (162 şirkət), Azərbaycan (160), İraq (159), ABŞ (141 şirkət) izləyir.("Report")

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.