Bir neçə gün əvvəl 2-ci dərəcəli termiki yanıq xəsarəti ilə Zəngəzur qarnizonu hospitalına yerləşdirilən erməni əsgər Palyan Poqosyan ölüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Milli Yanıq Mərkəzinin Reanimasiya şöbəsindən məlumat verilib.
Məlumata görə, bazada yanıq xəsarətləri alan əsgər Palyan Poqosyan dünyasını dəyişib.
Xatırladaq ki, hadisə iyulun 17-də baş verib. N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu sıravi əsgər Palyan Poqosyanın 2-ci dərəcəli termiki yanıq xəsarəti ilə Zəngəzur qarnizonu hospitalına yerləşdirilib.
Amma Ermənistanın Müdafiə Nazirliyi məlumatı iyulun 25-də açıqlayıb.