Britaniyada baş nazir vəzifəsi uğrunda gedən mübarizə çərçivəsində namizədlər – XİN başçısı Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunakın debatı yarımçıq kəsilib.
Bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, Liz Trassın San-Talk TV-dəki debatda çıxışı zamanı qəfildən aparıcı Keyt MakKann huşunu itirib. Bu zaman Trass da həyəcanlanıb.
Veriliş yarımçıq dayandırılıb.