San Marinoda gənclər arasında təşkil olunmuş Avropa Çempionatının "C" divizionunda 18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası B qrupunda üçüncü görüşünə çıxıb.
Senzor.az bildirir ki, Ermənistan seçməsi ilə qarşılaşan Tahir Baxşıyev və Anar Sarıyevin rəhbərlik etdiyi yığmamız görüşə üstün başlayıb və yekunda rəqibini 76-65 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra millimiz qrupdan çıxmağı təmin edərək adını turnirin yarımfinalına yazdırıb.
Milli komandamızın qrupdakı sonuncu rəqibi Moldova komandası olacaq. Oyun iyulun 28-də Bakı vaxtı ilə saat 14.30-da start götürəcək.
Qeyd edək ki, yığma qrupdakı ilk oyununda "Lüksemburq"a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.