Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.
Senzor.az bildirir ki, Ağdam təmsilçisi turnirin ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsveçrədə “Sürix” komandasının qonağı olub.
“Letsiqrund” stadionunda oynanılan görüş 2:1 hesabı ilə İsveçrə çempionunun xeyrinə başa çatıb.
Komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşdığından, iki oyunun nəticəsinə görə, qalibi müəyyən etmək üçün matçda əlavə vaxt oynanılıb. Əlavə vaxtda "Qarabağ"ın oyunçusu Ovusu Kvabenanın vurduğu qol matçın nəticəsini müəyyənləşdirib -2:2.
Beləliklə, iki oyunun nəticəsinə görə, "Qarabağ" növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək.