Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında PKK terror təşkilatının liderlərinin zərərsizləşdirilməsi üçün növbəti uğurlu əməliyyat keçirib.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin təhlükəsizlik strukturlarındakı mənbələrinə istinadən “Anadolu” məlumat yayıb.
Məlumata görə, PKK terrorçularının liderlərindən olan Hatice Xezer Süleymaniyyə şəhərində “Berivan Zilan” çağırış işarəsi ilə məhv edilib.
Hizer 1991-ci ildən terrorçuların sıralarında olub. 2004-cü ildə o, Ermənistandakı PJAK dəstəsinin (PKK-nın qadın qanadı - red.) rəhbəri təyin edilib.
2008-ci ildən İraqın şimalındakı Mahmur düşərgəsi ərazisində terrorçuların sıralarına qoşulub, 2017-ci ildən isə Suriyada PJAK bölmələrinə rəhbərlik edib.
Öldürülən terrorçu Türkiyə Böyük Millət Məclisinin Xalqların Demokratik Partiyasından (HDP) Van Tuğba vilayəti üzrə keçmiş deputatı Hizer Öztürkün böyük bacısı olub. Onların qardaşı 1998-ci ildə atışmada türk hərbçiləri tərəfindən məhv edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirmişdi ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə terror aktı törətdiyi 1984-cü ildən bu yana türk təhlükəsizlik qüvvələrinin minlərlə əməkdaşı, hərbçilər və mülki vətəndaşlar bu qanlı təşkilatın əli ilə öldürülüb.
ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb.
Son illərdə PKK bölgədəki qanlı cinayətlərə görə məsuliyyəti öz qollarına yükləməyə çalışır.
Suriyadakı PKK terrorçuları PYD və YPG adları ilə pərdələnir və son iki ildə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar.
İranda isə PKK Kürdüstan Azad Həyat Partiyası (PJAK) kimi fəaliyyət göstərir.
Senzor.az