"Azov" əsirlərinin olduğu təcridxana vuruldu - 40 ÖLÜ, 83 YARALI

Ukrayna əsgərləri məhbuslarının saxlandığı Donetskin Yelenovka şəhərindəki təcridxanaya "HIMARS"la zərbələr endiriblər. 

 

Senzor.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

"Bu gecə Kiyev rejimi qəsdən qanlı təxribat törədib. Ukrayna hərbi əsirlərinin, o cümlədən "Azov" birləşməsi yaraqlılarının saxlanıldığı istintaq təcridxanasına Amerikanın "HIMARS" reaktiv yaylım atəşi sistemindən raket hücumu həyata keçirilib”, - Nazirliyin məlumatdında deyilir.

 

Həmçinin bildirilir ki, raket zərbələri nəticəsində 40 ukraynalı hərbi əsir ölüb, 75 nəfər isə yaralanıb. Bundan başqa təcridxananın 8 əməkdaşı da yaralanıb.

 

Öz növbəsində, Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Twitter səhifəsində Ukrayna Silahlı Qüvvələrinə qarşı ittihamları rədd edib. Onun sözlərinə görə, Yelenovkadakı təcridxananın atəşə tutulması kontekstində Ukrayna Silahlı Qüvvələrinə qarşı irəli sürülən ittihamlar saxta və ya Rusiya tərəfinin “növbəti  cinayətidir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.