İran Prezidenti İbrahim Rəisi və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı olub.
Senzor.az İran mediasına istinadən bildirir ki, telefon danışığı bir saata yaxın davam edib.
Liderlər beynəlxalq və regional hadisələri müzakirə edib, ikitərəfli əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıblar.
İran Prezidenti ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini bildirib.