Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı Kristofer Cerard Cavolini qəbul edib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülərin də iştirak etdiyi görüş Ankarada mətbuata qapalı keçirilib.