Laçında xəsarət alan ikinci əsgər də dünyasını dəyişdi - BİRİ AĞSTAFADA, DİGƏRİ BAKIDA DƏFN OLUNACAQ
YENİLƏNİB


Avqustun 5-də Laçın rayonunda qaya parçasının düşməsi nəticəsində ağır xəsarət almış və xəstəxanaya çatdırılmış əsgər Əliyev Tahir Çingiz oğlu dünyasını dəyişib.

 

Senzor.az bildirir ki, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

 

Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.

 

Onu da qeyd edək ki, 2002-ci il təvəllüdlü Əliyev Tahir Çingiz oğlu Ağstafa rayon Xətai kənd sakinidir. Onun nəşi sabah Ağstafa rayon Yenigün kənd qəbiristanlığında torpağa tapşırılacaq.

 

Ondan əvvəl hadisə yerində həlak olan 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlu isə Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

 

Allah rəhmət eləsin!

 

**14:55



Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

 

Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

 

Müxtəlif bədən xəsarətləri alan əsgər T.Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.