Radikal “İslami Cihad” qruplaşmasının yüksək rütbəli komandiri Xalid Mənsurun İsrailin aviahücumları nəticəsində ölüb.
Senzor.az bildirir ki, bu barədə “Reuters” qruplaşmadakı mənbələrinə istinadən xəbər yayıb.
Hərbi kəşfiyyat məlumatlarına görə, Xalid Mənsur son onilliklər ərzində İsrailə qarşı terror və raket hücumlarının təşkilində fəal iştirak edib.
Mənsurla birlikdə “İslam Cihad”ın siyasi rəhbərliyinin üzvü Əhməd Mədləl də öldürülüb.
Bundan əvvəl İsrailin Qəzza zolağına endirdiyi aviazərbə zamanı fələstinli qruplaşmanın daha bir komandirinin öldüyü məlum olub.
Bu arada İsrail ordusu gecə İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilində “İslami Cihad” radikal qruplaşmanın 20 fəalını saxladığı barədə məlumat yayıb.
“Gecə saatlarında İsrail Müdafiə Qüvvələrinin bölmələri, Baş Təhlükəsizlik Xidməti (ŞABAK) və sərhəd polisi Yəhudeya və Samariyada “İslami Cihad” terror təşkilatının yaraqlılarını saxlamaq üçün antiterror tədbirləri həyata keçirib”, - məlumatda deyilir.
Ordu qeyd edib ki, həbslər xüsusilə Cenin şəhərində, Tsaida, Anaza və Rai kəndlərində, həmçinin Tulkərm qaçqın düşərgəsi ərazisində həyata keçirilib. Bu ərazilərdə ümumilikdə terrorçu olması şübhəsi ilə 6 nəfər saxlanılıb.
"Bu aksiyalar zamanı üsyançılar İsrail Müdafiə Qüvvələrinin əsgərlərinə kustar üsulla hazırlanmış partlayıcı qurğular, partlayıcı maddələr, yanan təkərlər və daşlar atıblar. Əsgərlər izdihamı dağıtmaq üçün xüsusi texnikadan istifadə etməklə cavab veriblər", - Ordunun mətbuat xidməti bildirib.