İsrail Müdafiə Ordusu Qəzza zolağında hərbi əməliyyatın bütün hədəflərinə çatıb. Hazırda bunu davam etdirməyin mənası yoxdur.
Senzor.az “The Times of Israel” nəşrinə istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Yair Lapid cənub bələdiyyələrinin rəhbərləri ilə görüşündə açıqlama verib.
Onun sözlərinə görə, İsrail Qəzzada Fələstin “İslami Cihad”ına qarşı üç günlük döyüşdə - “Sübh” əməliyyatında məqsədinə nail olub.
O, həmçinin bildirib ki, hazırda əməliyyatı davam etdirməyin mənası yoxdur.
Xatırladaq ki, bir qədər əvvəl bildirilmişdi ki, bu gün saat 20:00-da (Bakı vaxtı ilə 21:00) Qəzza zolağında atəşkəs başlaya bilər.