Azərbaycanın erməni təxribatlarına cavab olaraq həyata keçirdiyi "Qisas" əməliyyatından sonra İrəvanda gərginlik artıb.
Ermənistan KİV-i bildirir ki, ermənilər artıq Xankəndiyə əvvəlki tək gedib-gələ bilməmələrindən də narazılıq edirlər.
Məsələn, bir neçə gün əvvəl jurnalist Jirayr Voskanyan Qarabağa buraxılmayaraq geri qaytarılıb. Sülhməramlılar hətta onu acılayıblar, zirehli maşına oturdaraq ərazidən uzaqlaşdırıblar ki, Qarabağa xüsusi icazəsi olan şəxslər daxil ola bilərlər.
Bu gün oxşar hal yenidən yaşanıb. Jurnalist Ani Gevorqyan özünün Facebook səhifəsində yazaraq gileylənib ki, onu Azərbaycan ərazisinə buraxmayıblar.
“Rusiya sülhməramlıları məni Qarabağa buraxmırlar. Bir saata yaxındır gözləyirik ki, onlar ya bizə icazə versinlər, ya da niyə Laçına, Zabuxa gedə bilməyəcəyimi izah etsinlər. Deyirlər ki, ora buraxılmayacaq bir neçə jurnalist var. Mənim də niyə o siyahıda olmağım bəlli deyil. Ümid edirəm ki, bu yanlışlıqdır”, deyə Gevorqyan yazıb.(azvision.az)