Pelosi Çin liderini “qorxmuş xuliqan” adlandırdı

ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib ki, Konqres üzvləri onun Tayvana səfərinə Çinin reaksiyasından qorxmurlar.

 

Spikerin sözlərinə görə, Çin Xalq Respublikasının Sədri Si Cinpin özünü “qorxmuş xuliqan” kimi aparır.

 

“Düşünürəm ki, o, həssas vəziyyətdədir. O, qorxmuş xuliqan kimi davranır”, - Pelosi bildirib.

 

Spikerin sözlərini “Bloomberg” yayıb.

 

Həmçinin, MSNBC telekanalının “Morning Joe” verilişində Pelosi ABŞ-ın Tayvanın təcrid edilməsinə ortaq olmayacağını bəyan edib.

 

Oxu.az xatırladır ki, Pelosinin avqustun 2-də adaya səfərindən sonra Tayvan ətrafında vəziyyət daha da mürəkkəbləşib. Pekin bu səfəri vahid Çin prinsipinin pozulması və ölkənin dövlət suverenliyinə qəsd hesab edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.